Həftəbecər

Hər şeydən bir az…

Səbrli ovçu

İsti bir yay günü idi. Kəntdə eyvanda oturub çay içə-içə  təbiəti seyr edirdim. Anidən gözüm hasarın kənarındakı hörümçək toruna sataşdı. Amma sahibi torun yanında deyildi. Uzun müddət bunu seyr etdim. Birdən tora bir milçək qondu. Artıq gec idi. O tora düşmüşdü və azad olmaq üçün çırpınırdı. Bəlkə də başına gələnlərdən artıq xəbəri var idi. Elə buna görə də həyatı üçün mübarizə aparırdı. Lakin təəccüblüsü hörümçəyin səbrlə kənarda durub olanları seyr etməsi idi.  Oxumağa davam et

Oktyabr 21, 2010 Posted by | Sumqayıt | Bir şərh yazın

Ali təhsil almaq yoxsa…

Ali təhsil, universitet – bu bəlkə də hər şagirdin xəyalı, arzusudur. Yazıq şagird hardan bilsin sonra onu universitetdə nə gözləyir. İndiki kimi yadımdadı universitetə getdiyim ilk gün idi. Sevincimin həddi hüdudu yox idi. Bəlkə bu ondan irəli gəlirdi ki, soradan görəcəyim hadisələrdən xəbərim yox idi. Aylar bir-birini tez müddətdə əvəz etdi və vaxt gəldi çatdı imtahanlara. İmtahanlarda gördüklərim məni şoka saldı. Semestr ərzində oxumayan uşaqlar öz əlləri ilə müəlimlərə “şirinlik” verirdilər. Ah “şirinlik”. Bu sözü eşidəndə ətim ürpəşir Oxumağa davam et

Oktyabr 18, 2010 Posted by | Sumqayıt | 7 Şərh

Fotoaparatlar gündəlik həyatımızda

Hal-hazırda fotoaparatlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlar həyatımıza o qədər daxil olub ki, demək olar ki onlardan hər gün istifadə edirik. Bu gün çoxumuz telefon alarkən onun funksiyalarına baxarkən bəlkə də, ən çox diqqət etdiyimiz punkt onun fotokamerasının neçə Mpx olmasıdır.  Oxumağa davam et

Oktyabr 17, 2010 Posted by | Sumqayıt | 2 Şərh

Məhəlləmiz

Məhəlləm – böyüyüb boya başa çatdığım yer. Söhbət 19-cu məhəllə haqqındadır. Bizim məhəlləmiz Sumqayıtın  ən sakit məhəlləsidir. Məni bu məhəllə ilə çox anlar bağlayır. Çünki, uşaqlığım, yeniyetməlik dövrüm bu məhəllədə keçib. Binamız çox da böyük olmadığından bütün qonşular bir-birini tanıyır. Binamız 18 evdən ibarətdir. Buna görə də qonşularmız tam olaraq bir ailədir. Ailəmiz I Qarabağ müharibəsində iki şəhid verib. Bununla yanaşı bizim bir Böyük Vətən Müharibəsi veteranımız da var. Oxumağa davam et

Oktyabr 17, 2010 Posted by | Sumqayıt | 2 Şərh

Zavodlar şəhəri – Sumqayıtda turizm

Bəlkə də hamınıza təəccüblü gələ bilər ki, zavodlar olan yerdə turizm necə inkişaf edə bilər. Amma buna baxmayaraq şəhərimizdə turizm inkişaf edir.Yeni restoranın açılışı buna əyani nümunədir. Düzdü artıq restoranlar göbələk kimi yayılıb. Amma məncə bu o “göbələklərdən” deyil. Belə ki, ora daxil olanda özümü daha modern yerdə hiss etdim.dizayn, interyer, içəridəki abu-hava ürəyimcə oldu. Restoranın görünüşü insanda oradakı xidmətlərin haqlarının yüksək olması təzəhürünü yaradır. Bu heç də belə deyil. Menyudakı yeməklərin qiymətləri də münasibdir. Məsələn paytaxt salatı 2 manat, mimoza salatı 3 manat, mərci supu 2 manatdır.   Amma sarı binanın fonunda restoranın xarici görünüşü elə də ürək açan deyil. Lakin bunu çıxmaq şərti ilə restoranın ümumi durumunu qənaət bəxş hesab etmək olar

Oxumağa davam et

Oktyabr 16, 2010 Posted by | Sumqayıt | 10 Şərh