Həftəbecər

Hər şeydən bir az…

Zavodlar şəhəri – Sumqayıtda turizm

Bəlkə də hamınıza təəccüblü gələ bilər ki, zavodlar olan yerdə turizm necə inkişaf edə bilər. Amma buna baxmayaraq şəhərimizdə turizm inkişaf edir.Yeni restoranın açılışı buna əyani nümunədir. Düzdü artıq restoranlar göbələk kimi yayılıb. Amma məncə bu o “göbələklərdən” deyil. Belə ki, ora daxil olanda özümü daha modern yerdə hiss etdim.dizayn, interyer, içəridəki abu-hava ürəyimcə oldu. Restoranın görünüşü insanda oradakı xidmətlərin haqlarının yüksək olması təzəhürünü yaradır. Bu heç də belə deyil. Menyudakı yeməklərin qiymətləri də münasibdir. Məsələn paytaxt salatı 2 manat, mimoza salatı 3 manat, mərci supu 2 manatdır.   Amma sarı binanın fonunda restoranın xarici görünüşü elə də ürək açan deyil. Lakin bunu çıxmaq şərti ilə restoranın ümumi durumunu qənaət bəxş hesab etmək olar

Sumqayıtımızda yeni park açılışı da şəhərə özünəməxsus gözəllik verdi.Bu şəhər əhalisinin asudə vaxtının daha səmərəli keçirməsinə kömək edir. 74 yaşlı Məmmədmusa babanın yeni park haqdında fikirləri ilə maraqlandım.

– Bala parkın açılması lap ürəyimcədi.Yaşımı nəzərə alsaq bura lap yerinə düşdü. Axşamlar nəvələrimi götürüb bura gəlirəm. Həm istirahət edirik həm də şəhərə tamaşa edirik. Qadan alım rəhmətliyin pioninasını öz abidəsində təsvir etmələri lap çox xoşuma gəldi.

Amma məncə parkın iki yol arasında yerləşməsi burada həddindən artıq səs-küyə səbəb olmasına,ekoloji durumun pis olmasına səbəb olur.

Oktyabr 16, 2010 - Posted by | Sumqayıt

10 Şərh »

  1. Maraqli yazidi… Teshekkur

    Şərh tərəfindən fhajiyev | Oktyabr 17, 2010 | Cavabla

    • oxuduğun üçün minnətdaram!!!

      Şərh tərəfindən Nurlan | Oktyabr 17, 2010 | Cavabla

  2. Amma bu yerlərin hara olduğunu yazsan lap yaxşı olardı. Tutaq ki,mən getmək istəyirəm nə biləcəm haradır?:)

    Şərh tərəfindən Zhala Najafova | Oktyabr 17, 2010 | Cavabla

    • bura Sumqayıtdır ay Jalə.daha dəqiq desək 9cu mikrorayon

      Şərh tərəfindən Nurlan | Oktyabr 17, 2010 | Cavabla

  3. Cox maraqli yazidi,shekiller de cox gozeldi!Ehsen size!
    Sumqayitimizda bele gozel mekanlarin olmasi urek acandir!!!

    Şərh tərəfindən lazimli | Oktyabr 17, 2010 | Cavabla

    • Çox sağ olun. his olunur ki şəhərimiz inkişaf edir

      Şərh tərəfindən Nurlan | Oktyabr 17, 2010 | Cavabla

  4. Dostlar, sizin bloglarla və yazılarınızla tanış oldum. Düşünürəm ki, siz sumqayitxeber.com saytında və Sumqayıt Xəbər qəzetində çalışa biləcək bacarığa maliksiniz..sizi əməkdaşlığa dəvət edirəm

    Şərh tərəfindən eyvaz | Oktyabr 17, 2010 | Cavabla

    • postlarımu oxuduğunuz, bacarığıma qiymət verdiyiniz və məni işə dəvət etdiyiniz üçün sizə minnətdaram.

      Şərh tərəfindən Nurlan | Oktyabr 17, 2010 | Cavabla

  5. privet Nurlan,bizim adimizi niye yazmamisan,bizde eziyyet cekmisik azda olsa=))zarafat

    Şərh tərəfindən fidan | Oktyabr 21, 2010 | Cavabla

    • fidan sizin adınızı yazmasam da siz həmişə yadımdasınız

      Şərh tərəfindən Nurlan | Oktyabr 21, 2010 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: