Həftəbecər

Hər şeydən bir az…

Fotoaparatlar gündəlik həyatımızda

Hal-hazırda fotoaparatlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlar həyatımıza o qədər daxil olub ki, demək olar ki onlardan hər gün istifadə edirik. Bu gün çoxumuz telefon alarkən onun funksiyalarına baxarkən bəlkə də, ən çox diqqət etdiyimiz punkt onun fotokamerasının neçə Mpx olmasıdır. 
Uşaq yaşlarımdan hadisələri lentə almağa çox həvəsim vardı. Mənim fotoaparatla ilk tanışlığım isə hələ 5 yaşımda olub. Qohum-əqrəbada hələ o dövr üçün məşhur olan Polaroid markalı fotoaparatdan var idi və hərdən mənə ondan istifadə etməyə icazə verirdilər. Ama ilk şəxsi fotoaparatımı 10 yaşımda aldırmışam. Və həmin dövrdən də həvəskar fotoqraf kimi fəaliyyət göstərirəm. Şəkil çəkməyi çox sevirəm. Hara gedirəmsə fotoaparatımda yanımda olmasa telefonumla şəkillər çəkirəm, evə gələndə isə kompüterdə onları redaktə edirəm. Ən çox isə insanların gözləmədikləri məqamlarda onları çəkməyi və təbiəti öz fotolarımda əks etdirməyi sevirəm. Paparazzi tutmaq mənə xüsusi zövq verir.
Hərdən düşünürəm ki, nə yaxşı ki? bu dövrdə yaşayıram. Çünki hal hazırki fotoaparatlar daha yığcamdır, onları hər yerə daha asan aparmaq olur. Yoxsa Allah göstərməsin keçmişdəki fotoaparatlar olsaydı onları daşımaq üçün hökmən əlavə yardıma ehtiyac duyulardı.
Artıq vaxtdır gedim öz şəkillərimi çəkim. Hələlik

Oktyabr 17, 2010 - Posted by | Sumqayıt

2 Şərh »

  1. Salam,Nurlan.Sən çox dedin ki; “Fotoaparatla şəkil çəkməyi çox sevirsəm”.Amma,sənin çəkdiklərin səkillərdən təəssüf olsun ki, bu posta görmədim…Yoxsa,səhv edirəm var???

    Şərh tərəfindən Gunus-m | Yanvar 15, 2011 | Cavabla

    • yox səhv edirsən orada mənim çəkdiyim şəkillərdən ikisini sonda yerləşdirmişəm

      Şərh tərəfindən Nurlan | Yanvar 16, 2011 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: