Həftəbecər

Hər şeydən bir az…

Məhəlləmiz

Məhəlləm – böyüyüb boya başa çatdığım yer. Söhbət 19-cu məhəllə haqqındadır. Bizim məhəlləmiz Sumqayıtın  ən sakit məhəlləsidir. Məni bu məhəllə ilə çox anlar bağlayır. Çünki, uşaqlığım, yeniyetməlik dövrüm bu məhəllədə keçib. Binamız çox da böyük olmadığından bütün qonşular bir-birini tanıyır. Binamız 18 evdən ibarətdir. Buna görə də qonşularmız tam olaraq bir ailədir. Ailəmiz I Qarabağ müharibəsində iki şəhid verib. Bununla yanaşı bizim bir Böyük Vətən Müharibəsi veteranımız da var.
Bina sakinlərinin səyi nəticəsində tikilmiş köşk həm yağışlı havada, həm də isti havada vaxtımızı səmərəli keçirməyə zəmin yaradır.
Bu üstünlüklərlə yanaşı bizim məhəllənin də mənfi xüsusiyyətləri var. Məhəlləmizin Rayonlararası Narkoloji Dispanserin yanında yerləşməsi bir az narahatçılıq yaradır. Bələ ki, əsasən gecələr ora gətirilən narkoman və sərxoşların qışqırıqları bina sakinlərini narahat edir. Hətta dəfələrlə oradan qaçanlar məhəllədə oynayan uşaqların qorxularına səbəb olublar.
Zibil qutularının da məhəlləmizə yaxın yerləşməsi isti aylarda evlərdə və məhəllədə oturmanı imkansız edir. İstidən həyətdə sərinləmək üçün pənah gətirənlərə üfunət iyi istirahəti dözülməz edir.
Məhəlləmizdə tikilmiş qaraj az yaşlı balalarımızın oyun meydançaların əllərindən alıb ki,onlar da məcburən yolda oynayırlar. Bu da onlar üçün təhlükəlidir.
Bütün bu nöqsanlara baxmayaraq mən məhəlləmizi sevirəm.

Oktyabr 17, 2010 - Posted by | Sumqayıt

2 Şərh »

  1. Qarajlardan uşaqlar adətən futbolda qapı kimi istifadə edirlər)

    Şərh tərəfindən Zhala Najafova | Oktyabr 17, 2010 | Cavabla

    • Bİzdə əfsuslar olsun ki, qaraj onların futbol meydançaların əllərindən alıb(((

      Şərh tərəfindən Nurlan | Oktyabr 17, 2010 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: