Həftəbecər

Hər şeydən bir az…

Səbrli ovçu

İsti bir yay günü idi. Kəntdə eyvanda oturub çay içə-içə  təbiəti seyr edirdim. Anidən gözüm hasarın kənarındakı hörümçək toruna sataşdı. Amma sahibi torun yanında deyildi. Uzun müddət bunu seyr etdim. Birdən tora bir milçək qondu. Artıq gec idi. O tora düşmüşdü və azad olmaq üçün çırpınırdı. Bəlkə də başına gələnlərdən artıq xəbəri var idi. Elə buna görə də həyatı üçün mübarizə aparırdı. Lakin təəccüblüsü hörümçəyin səbrlə kənarda durub olanları seyr etməsi idi. 

Artıq hiss olunurdu ki, milçək yorulub. Çırpınmalar qismən səngimişdi. Bunu görən hörümçək öz üikarına yanaşıb onu öz toru ilə hördü. Daha sonra dişlərini şikarına sancdı və bir müddət beləcə gözlədi, bundan sonra ovunu iştahla yedi. Olanlar məni çox maraqlandırdığından sonradan hörümçəklər haqqında əlavə məlumatlar oxudum və orada hörümçəyin niyə uzun müddət dişlərini ovuna batırıb gözlədiyini öyrəndim. O ovuna xüsusi maye axıdır və bundan sonra ovunu yeyir.

Hadisə məni fikirləşməyə məcbur etdi. Düşünürəm doğurdan da əgər hörümçək səbr edib gözləməsəydi və milçək tora düşən kimi onun üzərinə atılsaydı bəlkə də ovunu qaçırardı. Doğrudur baxanda bu hadisə adi bir hadisədir amma duzgun fikirləşsək görərik ki, hər işdə səbr etmək lazımdır. Bəzən bizim də heyvanlardan və təbiətdən oyrənməli olduğumuz nəisə var. Ancaq maraqlıdır görəsən biz imsanlar niyə səbr etməyi bacarmırıq?!

Oktyabr 21, 2010 - Posted by | Sumqayıt

Hələlik heç bir şərh yoxdur

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: