Həftəbecər

Hər şeydən bir az…

Sarıların hakimiyyəti

Artıq demək olar ki, oktyabrı da geridə qoyduq. Bu heç də yeni xəbər deyil. Bəlkə də düşünəcəksiniz ki, bu postu yazmağa gec qalmışam. Təzə yuxudan ayılmışam. Ancaq belə deyil. Tam anlamında mən payızın gəlişinı bu gün hiss elədim. Təbii ki, yarpaqların tökülməsi, günlərin artıq qısalması payızın gəlişindən xəbər verirdi. Bu gün hava elə soyuq idi ki, soyuq iliyimə işləyirdi. Bakının payız küləyindən də heç olmaya. Sanki insana düşmən kəsilib. İnsanı öz “əllərinə” alıb yerə çırpmaq istəyir lap.
Sarıların hakimiyyətə gəlməsi heç ürəyimdən deyil. Düzdü bu fəsildə meşədə, küçədə gəzməyin özünə məxsus ləzzəti var. Mən ozüm də payızda dünyaya gəlmişəm. Hər payız haqqında düşünəndə yadıma öz dövrünü yaşamış, amma sonradan unudulmş şəxsiyyətlər yadıma düşür. Elə bilirən artıq qocalmışam. Payız mənim üçün yay gözəlliyindən sonra qalan çirkinlik, acizlikdir. Yazın, yayın bolluğundan sonra kasıblaşmadı. Əsl problemlər dövrünün başlanğıcıdır. Hələ millətimizin və bəzi instansiyaların payiza hazır olmadıqların demirəm. Yenə yağış yağacaq, yenə kanalizasiyalar suları qəbul edə bilməyəcək, yenə kücələr su ilə dolacaq, yenə yollar palçıq olacaq. Ehhh… Vallah danışıram lap ürəyim sıxılır.

Oktyabr 23, 2010 - Posted by | Cəmiyyət

Hələlik heç bir şərh yoxdur

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: