Həftəbecər

Hər şeydən bir az…

P.S. Falçı tez ol söylə mənim falımı

Çox düşünüb fikirləşdikdən sonra hal-hazırda cəmiyyətimiz üçün aktual olan məsələlərdən yazmağı qərara aldım. Son zamanlar akkult elmlər, bununla məşğul olanlar, cadugərlər, falçılar haqqında həm məişətdə, həm də televiziyada çoxlu fikirlər söylənilir. Bu sözlər bir növ həmin sahədə çalışanlar üçün müsbət reklamdı. Hal-hazırda falçı və cadügərlərə müraciət edenlər çoxdur. Apardığım sorğu nəticəsində insanların 67%-i heç olmasa ömürlərində azı bir dəfə falçılara müraciət edib. Lakin mən bir şeyi anlamıram ki, Allahın bildiyini bəndə necə bilə bilər və insanlar parapsixalogiya elmindən xəbərləri olmaya-olmaya həmin insanlara necə müraciət edə bilərlər. Digər elmlərə nisbətən parapsixalogiya elmi dünyanın bütün guşəsində geniş yayılıb. İnsanların əksəriyyəti falın, cadugərliyin nə olması haqqında məlumatlara malikdirlər.
Gəlin sizə bir az cadugərliyin tarixindən danışım. Cadugərliyin tarixi ta qədimlərə gedib çıxır. Belə ki, əcdadlarımın ta qədimdən bununla məşğul olmuşlar. İlk tilsim və bu kimi hallar daş dövrünə təsadüf edir. Həmin dövrdə insanlar yağış yağmayanda səmaya və ya ya suya qurban verirdilər.
Cadu öz inkişafının yüksək mərhələsinə eramizdan əvvəl V-III əsrlərdə çatmışdır. O Hindistandan Avropaya kimi olan əraziləri öz cənginə almışdır. Yaxın Şərqdə – magiyanın, zərdüştçülüyün, Avropada – orfeizmin, elevsizmin, esseizmin, Hindistanda – yoqa təliminin və b. meydana çıxması məhz bu dövrlə əlaqədardır.
Cadügərliyin müxtəlif növləri mövcuddur:

1 ) Tilsim 2 ) Hipnoz 3 ) Sensitivistlik 4 ) Telepatiya 5 ) Kontaktsız müalicə 6 ) Falçılıq (mantika, gələcəkgörmə) 7 ) Levitasiya 8 ) Telekinez 9 ) Teleportasiya 10 ) Maddiləşmə-ərimə 11 ) Spiritizm Və s.
Hazırki dövrdə cadugərliyin ən geniş yayılmış və mədəniləşmiş növü ulduzbürc fallarıdır. İslamda astranomiya elminə böyük əhəmiyyət verilmişdir. Lakin onların hərəkətlərinə baxaraq dünyada geden hadisələrin insanların həyatlarında gələcəkdə baş verə biləcək olayları söyləmək qadagan hesab olunmuşdur və qınaq mənbəyinə çevrilmişdir. Çünki, ulduz və bürc falı həm İslam dininin tovhid inancına , həm də “ mütləq qeybi yalnız Allah bilir “ prinsipinə ziddir. İslam dinində sonradan olacaq hadisələr haqqında “ xəbər vermək “ mənasında olan kəhanət də hımin səbəblərlə qadağan edilir. Bunu edən insanlar və həmin insanlarin dediklərinə inanlar haqqında “ Cənnətə girməmək” (“müsnəd” III. 14) kimi ağır və qinanılası ifadələr işlədilir.
Bütün bunları bir kənara qoyub fikirləşək. Axi necə olar ki Allahın özünün yaratdığı cansızlar gələcəkdən xəbər versin. Göydəki ulduzların hərəkəti ilə bizim talelərimiz müəyyən olunsun. Məncə bunların hamısı boş boş şeylərdir. Gəlin bizə verilən bu şansdan lazımınca istifadə edək. Lazımınca istifadə edək ki, haqq dunyaya köç edən zaman geriyə baxarkən hüzn hissi keçirməyək. Heyfsilənməyək ki, boş vaxtlarımızda ya nəisə bir savad eldə etmədik, ya da ki kiməsə yaxşılıq etmədik.

Dekabr 15, 2010 - Posted by | Cəmiyyət

1 Şərh »

  1. bir sey qeyd etmek isterdim ki bu qeder hengameye inanmaqdansa bir defe ALLAHIN adin cagirin besdi.. bu movzunu isiqlandirdigin ucun cox sag ol

    Şərh tərəfindən agdaqaraleke | Fevral 1, 2011 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: