Həftəbecər

Hər şeydən bir az…

Qan ləkəsi

Bu postum yeni oxudugum kitab haqqındadır. Kitab Elxan Elatlının “Qan ləkəsi” romanıdı. Roman 2008ci ildə “Bakı” nəşriyyatında nəşr edilib. Romanda həm ailə-məişət məsələsi, hər erməni satqınlığı, həm müəllim və şagird münasibətləri, həm I Qarabağ müharibəsindən sonra əhalinin həyatında qalan qan ləkələri, həm də vətənpərvər oğullarımızın hələ də var olması və Qarabağı tezliklə geri qaytaracağımızın sübutları öz əksin tapıb. Amma bu roman bir daha sübut edir ki, I Qarabağ müharibəsində olanlar xalqızın yaddaşında dərin bir qanlı ləkə buraxmışdır.
Romanın baş qəhramanı Leoparddər. Məltəm, Əlifağa, Fəridə və Səhalə surəti də əsərin əsas qəhrəmanlarındandır. Əsərdə hadisələr Azərbaycan müstəqillik əldə etdiyi dövrdən sonra başlayır. Leopard ləqəbli Azərbaycan kəşfiyyatçısı Ermənistana azəri əsirlərin saxlanıldığı düşərgələr haqqında məlumat toplamağa göndərilib. Lakin keçmiş qonşusu, bir stol arxasında oturduğu, duz-çörək kəsdiyi Kobra ləqəbli erməni satqını ona xəyanət edir onun kimliyini açıb hamıya deyir və Leopard əsir düşür. Əsirlikdə olarkən o bir azəri oğlunun ona verilən əzablara baxmayaraq üç fəngli bayrağımızı bağrına basaraq öpməsinin, azəri qızının öz namusunu qurtarmaq üçün özünə qəsd etdiyinin şahidi olur. Əsirlikdən güc-bəla ilə canın qurtarır və ermənilərə qarşı mübarizəsin davam etdirir.

Əsərin ikinci hissəsində hadisələr Bakı şəhərində tüğyan edir. Varlı ailənin oğlunun rəhmətə getməsi ilə ortalıq qarışır. Üstəlik baş verən anlaşılmaz qətllər hadisələrin gedişatın daha da gərginləşdirir. Azərbaycan Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlukəsizlik Nazirliyinin əməkdaşlarının əldə etdikləri məlumatlara əsəsam Kobra Azərbaycana- Bakıya gələcəyini öyrənirlər və bəzi lazımi tədbirlər həyata keçirməyə  başlayırlar.Hadisələrin gedişatı və sonda bütün qaranlıq məqamlar işıqlananda nəticələr insanı şoka salır.

Dekabr 19, 2010 - Posted by | Kitablar

Hələlik heç bir şərh yoxdur

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: