Həftəbecər

Hər şeydən bir az…

Bir dostluğun tarixçəsi

Sizə 23il əvvəl əsası qoyulmuş bir dostluğun tarixçəsini danışmaq istərdim. Amma bir az səbrli olub bu postu axira kimi oxumağınızı xahiş edirəm. Bir vaxtlar mənə bu hadisəni babam danışardı. İndi isə mən sizə bunu nağıl etmək istəyirəm. Onun nağıl elədiyinə görə, bu dostların tanışlığı tam olaraq təsadüf nəticəsində baş verib. Baxmayaraq ki, onların arasında olan yaş fərqi böyük idi, amma onlar bunun özləri üçün problem saymırdılar. Yaşca böyük olana dostları arasında Ataş deyərək müraciət edirdilər.
Ataş bir gün öz yataqlarına gedirdi. Onlar yataqlarında öz qoyun, keçi, mal-qara sürülərini saxlayırlar. Yolunu qısaltmaq üçün dərə ilə getməyə qərar verdi. Yolda ona rast gəldi. Yeni doğulmuş balacanı sahibsiz buraxıb dərəyə atmışdılar. İlk baxışdan cılız, çəlimsiz görünən körpə yıxıla-yıxıla Ataşa tərəf gəldi. Ataşın körpəyə yazığı gəldi və onu özü ilə yataqlarına apardı. Balacanı görən çobanların əksəriyyəti onun gələcəkdə güclü biri olacağına, bəzi cavanlar isə onun cılızlığını ələ salaraq onun zəif biri olacağına güldülər. Ataş öz vəfalı dostuna qayğı ilə yanaşırdı. Onu Basar adlandırdı. Basar öz yaşıdlarına nisbətən tez böyüyürdü. Artıq bir yaşı olanda o, öz yataqlarındakı digər itlərə meydan oxuyurdu. Güclü olduğu üçün Ataşın atası onu özü ilə sürülərini otarmağa da aparırdı. Ataş hüquq mühafizə orqanlarında çalışdığı üçün dostunu axşamdan axşama görə bilirdi. Deyəsən Basar da bunu anlayırdı. Axı o adi köpək deyildi, o əsl dost idi.
Babamın nağıl etdiyinə görə Ataş hər dəfə evə gələndə Basar bunu hiss edərmiş və Ataşı qarşılamaq üçün kəndin girəcəyinə gedirdi. Çox qəribədi babam deyirdi ki, bu it Ataşın gəlişini hiss edən kimi zəncirləri qırmağa çalışırdı və həmişə zamanında kəndin girəcəyində öz dostunu gözləyirdi. Ataş da bu sədaqətin əvəzində hər dəfə işdən gələndə dostuna çörəyin arasında tikə kabab, kolbasa və s. gətirərdi.
Onların dostluğundan artıq 3il keçmişdi. Ataş artıq ata idi. Ama dostunu da unutmurdu. Hər gün onunla vaxt keçirirdi. Babamın nağıl etdiyinə görə bir gün Basar zənciri qırırdı. Ataşın anası da, atası da, yoldaşı da təəccüblənmişdilər. Onlar Basarın zəncirini açdılar lakin o heç yerə getmədi. Həyətdə hürməyə, həyəti dolanmağa başladı. Heç kim nəyin baş verdiyini bilmir və anlamırdı. Bundan az bir müddət keçmiş Ataşın dostlarından biri onlara gəldi və Ataşın maşınının xarab olduğunu, yarı yolda qaldığını söylədi və qardaşından onunla bir yerdə getməsini xahiş etdi. Amma esl vəziyyət tam başqa idi. Ataş öz həmkarları ilə öz maşınıda canini təqib edirdi. Lakin gözlənilmədən onların qarşısına çıxan “ Kamaz” markalı yük maşını ilə onların maşını toqquşmuşdu və Ataşın iki dostu hadisə yerində keçinmişdi. Digər dostu ilə Ataş xəstəxanaya çatdırılmışdı. Amma əfsuslar olsun ki, Ataşın həyatın xilas etmək mümkün olmamışdı. O artıq öz digər dostları ilə bir yerdə haqq dünyasında idi.
Ataşın cəsədini səhəri gün xəstəxanadan götürüb dəfn etdilər. Hamı kimi Basara da hadisə pis təsir etmişdi. Ataşı torpağa tapşırıldığı gündən başlayaraq Basar artıq evdə gecələmirdi, ümumiyyətlə artıq evdə demək olar ki tapılmırdı. Basarı oğlunun sədaqətli dostu hesab edən Ataşın atası iti axtarmağa yollanır və Basarı tapanda heyrətdən gözləri dolur. Basar başını Ataşın qəbrinə qoyub ordaca uzanmışdı və yad olan heç bir kəsin qəbirə yaxın gəlməyə qoymurdu. Qoca kişi Basarıda götürüb evə qayıdır. Amma digər günlərdə hadisələr eyni ilə təkrarlanırdı. Ağsaqqal Basarın da günü-gündən sınıxdığını görürdü. O iti azdırmağı qərara alıb onu yatağa aparır.
Qırxıncı gün idi ki, artıq Ataş həyatda yox idi. Ağsaqqallar, qadınlar, Ataşın ailəsinə yaxın olan insanlar Ataşın qəbrini ziyarət etməyə getmişdilər. Və hamını orda gördükləri səhnə şoka salmışdı. Sədaqətli dost öz dostunun qəbri üstündə son nəfəsini verirdi. Və az keçməmiş Basar gözlərini yumur. O da dostu kimi əbədiyyətə qovuşur.

Yanvar 15, 2011 - Posted by | Cəmiyyət

9 Şərh »

  1. HMM BU MENE XARICI KINONU XATIRLATDI,1AZ SSENARISI OXWAYIR,HETTA COX..XATIKO,SAMIY VERNIY DRUQ KINOSUNU XATIRLATDI=(((((((((UZULDUM

    Şərh tərəfindən ulker | Yanvar 15, 2011 | Cavabla

    • ama bu bizim kənddə bizə qohum ailədə baş verib hmm mən də o kinoya baxanda bu hadisəni xatırladım

      Şərh tərəfindən Nurlan | Yanvar 15, 2011 | Cavabla

  2. super maraqlı yazıdır amma baxdıgım bir filmi xatırladır…🙂

    Şərh tərəfindən Nağıllardan => Reallığa | Yanvar 15, 2011 | Cavabla

  3. ama o film deyil

    Şərh tərəfindən Nurlan | Yanvar 15, 2011 | Cavabla

  4. Salam.Posta gore cox sagol,evvelceden.Maragli idi.Ozuya-ozuya oz beynimde olanlari canlandirirdim i heqiqeten de tesirli idi.
    Itler,umumiyyetle heyvanlar cox sedaqetli olurlar.Bezen onlara heyvan demek de cetin olur belke.Cunki, pis cixmasin ele insan var heyvanlar vefali,sadiq oldugu kimi hansisa insan onu bacarmir.
    Nurlan,sadece sende bezi cumleler bir az sehv qurulmusdu ve durgu isrelerine de calis gelen postlarinda diqqetli olasan.Gelen postlarini gozleyecem.Calis indiki kimi maraglo olsun.

    Şərh tərəfindən Gunus-m | Yanvar 15, 2011 | Cavabla

  5. Onu da qeyd edim ki, düzdür mənim sərhimdə də hansısa səhvlər oldu,ona görə üzürlü hesab et.

    Şərh tərəfindən Gunus-m | Yanvar 15, 2011 | Cavabla

  6. maraqli hekaye idi/…
    tebrikler…

    Şərh tərəfindən menecer | Yanvar 15, 2011 | Cavabla

  7. bəzi kiçik səhvləri nəzərə almasaq ümumilikdə yazı maraqlı idi.. Davamlı uĞuRLaR, Nurlan….

    Şərh tərəfindən menasizmena | Yanvar 17, 2011 | Cavabla

    • cox sag ol

      Şərh tərəfindən Nurlan | Yanvar 17, 2011 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: