Həftəbecər

Hər şeydən bir az…

Bir dostluğun tarixçəsi

Sizə 23il əvvəl əsası qoyulmuş bir dostluğun tarixçəsini danışmaq istərdim. Amma bir az səbrli olub bu postu axira kimi oxumağınızı xahiş edirəm. Bir vaxtlar mənə bu hadisəni babam danışardı. İndi isə mən sizə bunu nağıl etmək istəyirəm. Onun nağıl elədiyinə görə, bu dostların tanışlığı tam olaraq təsadüf nəticəsində baş verib. Baxmayaraq ki, onların arasında olan yaş fərqi böyük idi, amma onlar bunun özləri üçün problem saymırdılar. Yaşca böyük olana dostları arasında Ataş deyərək müraciət edirdilər.
Ataş bir gün öz yataqlarına gedirdi. Onlar yataqlarında öz qoyun, keçi, mal-qara sürülərini saxlayırlar. Yolunu qısaltmaq üçün dərə ilə getməyə qərar verdi. Yolda ona rast gəldi. Yeni doğulmuş balacanı sahibsiz buraxıb dərəyə atmışdılar. İlk baxışdan cılız, çəlimsiz görünən körpə yıxıla-yıxıla Ataşa tərəf gəldi. Ataşın körpəyə yazığı gəldi və onu özü ilə yataqlarına apardı. Balacanı görən çobanların əksəriyyəti onun gələcəkdə güclü biri olacağına, bəzi cavanlar isə onun cılızlığını ələ salaraq onun zəif biri olacağına güldülər. Ataş öz vəfalı dostuna qayğı ilə yanaşırdı. Onu Basar adlandırdı. Basar öz yaşıdlarına nisbətən tez böyüyürdü. Artıq bir yaşı olanda o, öz yataqlarındakı digər itlərə meydan oxuyurdu. Güclü olduğu üçün Ataşın atası onu özü ilə sürülərini otarmağa da aparırdı. Ataş hüquq mühafizə orqanlarında çalışdığı üçün dostunu axşamdan axşama görə bilirdi. Deyəsən Basar da bunu anlayırdı. Axı o adi köpək deyildi, o əsl dost idi.
Oxumağa davam et

Yanvar 15, 2011 Posted by | Cəmiyyət | 9 Şərh

P.S. Falçı tez ol söylə mənim falımı

Çox düşünüb fikirləşdikdən sonra hal-hazırda cəmiyyətimiz üçün aktual olan məsələlərdən yazmağı qərara aldım. Son zamanlar akkult elmlər, bununla məşğul olanlar, cadugərlər, falçılar haqqında həm məişətdə, həm də televiziyada çoxlu fikirlər söylənilir. Bu sözlər bir növ həmin sahədə çalışanlar üçün müsbət reklamdı. Hal-hazırda falçı və cadügərlərə müraciət edenlər çoxdur. Apardığım sorğu nəticəsində insanların 67%-i heç olmasa ömürlərində azı bir dəfə falçılara müraciət edib. Lakin mən bir şeyi anlamıram ki, Allahın bildiyini bəndə necə bilə bilər və insanlar parapsixalogiya elmindən xəbərləri olmaya-olmaya həmin insanlara necə müraciət edə bilərlər. Digər elmlərə nisbətən parapsixalogiya elmi dünyanın bütün guşəsində geniş yayılıb. İnsanların əksəriyyəti falın, cadugərliyin nə olması haqqında məlumatlara malikdirlər. Oxumağa davam et

Dekabr 15, 2010 Posted by | Cəmiyyət | 1 Şərh

Qayıdış

Salam ey mənim əziz oxucularım. Bloqda uzun müddət yaranmış durğunluğa görə hanınızdan üzr istəyirəm. Bəzi üzrlü səbəblərə görə son zamanlar sizə yeni məqalələrimi təqdim etməmişəm. Amma 100% əmin ola bilərsinizki yeni məqalələrlə sizin zövqlərini oxşayacam.

Bu durğunluq müddətində blogda bir çox yeniliklər haqqında fikirləşmişəm. Tezliklə istifadənizə yeni bölmələr veriləcəkdir

Dekabr 8, 2010 Posted by | Cəmiyyət | Bir şərh yazın

Azəri tələbəsi erməni professorunu susdurdu

Bu gün youtube.com saytında ermənilər haqqında videolara baxırdim gözümə bir video sataşdı. Bir azəri oğlu bir erməni professorun necə susdurduğu haqqında video idi. Doğrusun deyim bu videoya baxanda fərəh hissi keçirdim və belə gənclərimiz olduğuna sevindim. buyurun siz də baxın və qürur hissi duyun.buyurun bu da link baxa bilərsiniz

Noyabr 10, 2010 Posted by | Cəmiyyət | Bir şərh yazın

“ Lal ” namizədlər

Ötən günlərin birində televizorda Gədəbəydən olan namizəndin çıxışı diqqətimi cəlb etdi. Allahıma şükür elədim ki, bu namizəd mənim yaşadığım yerdən öz namizədliyini verməyib. Məsələ burasındadır ki, mən onun danışığından heç bir fikri anlaya bilmədim. Verilən vaxt ərzində bu namizəd iki sözü bir-birinin ardınca qoşub deyə bilmirdi. Onun danışıq qabiliyyəti olmadığı halda efirə çıxıb öz seçicilərini ona səs verməyə çağırırdı. Düşünürəm öz fikrini ifadə edə bilməyən namizəd bizim səsimizi yuxarı instansiyalara necə çatdıra bilər?! Fikrim konkret bu namizədi pisləmək deyil. Belə namizədlər hal-hazırda çoxdur. Bu namizədin timsalında mən indiki gündə namizədlərin real durumunu göz önünə çəkmək istəyirəm. Mənə çox maraqlıdır belə insanları efirə kim buraxır?! Axı belə insanların nəinki hər hansı dövlət və ya beynəlxalq qurultay yaxud iclaslarda nitq söyləməsi, bunların deputat seçilməsi də absurtdur. Vay o gündən ki, bunlar zirvələrdə oturacaqlar və cəmiyyəti idarə edəcəklər.

Oktyabr 26, 2010 Posted by | Cəmiyyət | 2 Şərh

Sarıların hakimiyyəti

Artıq demək olar ki, oktyabrı da geridə qoyduq. Bu heç də yeni xəbər deyil. Bəlkə də düşünəcəksiniz ki, bu postu yazmağa gec qalmışam. Təzə yuxudan ayılmışam. Ancaq belə deyil. Tam anlamında mən payızın gəlişinı bu gün hiss elədim. Təbii ki, yarpaqların tökülməsi, günlərin artıq qısalması payızın gəlişindən xəbər verirdi. Bu gün hava elə soyuq idi ki, soyuq iliyimə işləyirdi. Bakının payız küləyindən də heç olmaya. Sanki insana düşmən kəsilib. İnsanı öz “əllərinə” alıb yerə çırpmaq istəyir lap. Oxumağa davam et

Oktyabr 23, 2010 Posted by | Cəmiyyət | Bir şərh yazın

Oyanın ey ölülər oyanın

Beynlxalq əlaqələrin inkişafı ölkələr arasında olan mədəni və iqtisadi inteqrasiyanı sürətlndirən ən mühüm amillərdəndi. Elə buna görə də əksəriyyətimiz xarici ölkələrdən nümunə götürürük,müasirləşirik. Nə başınızı ağrıdım sözümün “Mustafas”ı inteqrasıyanın avropalaşmanın, müasirləşmənin bizə olan tesiridir. Beli düz anladınız müasirliyin, avropalaşmanın təsiri. Məncə avropalaşma dedikdə daha çox Avropa xalqlarının malik olduğu müsbət keyfiyyətləri, onların müasir elm və texnologiyalarına sahib olmağımız nəzərdə tutulur. Amma bilmirəm nədənsə çox insanlar bunu düz anlamırlar. Elə Avropa, müasirleşmək deyəndə soyunmağı başa düşürlər.  Oxumağa davam et

Oktyabr 19, 2010 Posted by | Cəmiyyət | 2 Şərh